UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.

Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, “Bavariya”nın futbolçusu Serj Qnabridir.

Qnabri komandasının yarımfinalda Lion “Olimpik”ini 3:0 hesabıyla məğlub etdiyi oyunda 2 qol vurmuşdu.

Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına Qnabrinin komanda yoldaşı Robert Levandovski, həmçinin PSJ-dən Anxel Di Mariya və Neymar da namizəd idi.