UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Rekord.az xəbər verir ki, bu ada İngiltərənin "Çelsi" klubunun hücumçusu Olivye Jiru layiq görülüb.

34 yaşlı forvard İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda poker edib.

Həftənin ən yaxşısı adına “İnter”dən Romelu Lukaku, “Zalsburq”dan Merqim Berişa və “Başakşəhər”dən İrfan Can Kahveci də namizəd idi.