UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu ada Madrid “Atletiko”sunun hücumçusu Alvaro Morata layiq görülüb.

O, doğma meydanda “Feyenoord”u (Niderland) 3:2 hesabıyla yendikləri matçda dubla imza atmışdı.

Həftənin ən yaxşı oyunçusu adına Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Cud Bellingem (“Real”, İspaniya) və Bruma (“Braqa”, Portuqaliya) da namizəd idi.