UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusuna namizədlərin adı məlum olub.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı futbolçu adına Robert Levandovski (“Bavariya”), Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ), Romelu Lukaku (“İnter”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.