Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Aleks Oksleyd-Çemberleyn (“Liverpul”), Paulo Dibala (“Yuventus”), Rahim Sterlinq (“Mançester Siti”) və Kilian Mbappe (PSJ) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.