ÇL-də həftənin ən yaxşısı adına namizədlər bilindi
- 19 Fev 2021 12:20
- 638
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Rekord.az xəbər verir ki, ən yaxşı adına PSJ-dən Kilian Mbappe, “Liverpul”dan Məhəmməd Salah, “Borussiya”dan (Dortmund) Erlinq Haland və “Portu”dan Serxio Oliveyra namizəd göstərilib.
Qalib qitə futbol qurumunun saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.