UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilinib.

Rekord.az xəbər verir ki, bu, “Atalanta”nın yarımmüdafiəçisi Yosip İliçiçdi. 

Bu barədə ÇL-in mətbuat xidməti məlumat yayıb.

İliçiç “Atalanta”nın “Valensiya”nı məğlub etdiyi oyunda (4:3) 4 qol vurub.

Onunla yanaşı, həftənin ən yaxşısı adına Marsel Zabitser (“Leyptsiq”), Xuan Bernat (PSJ) və Yan Oblak (“Atletiko”) da namizəd idi.