ÇL-də həftənin ən yaxşısı “Mançester Siti”li oldu
- 28 Fev 2020 19:00
- 599
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilinib.
Rekord.az xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Breynedi.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
De Breyne “Mançester Siti”nin “Real”ı məğlub etdiyi oyunda (2:1) bir qol vurub və eyni sayda da məhsuldar ötürmə edib.