UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı futbolçu adına Anxel Di Mariya, Neymar (hər ikisi PSJ), Serj Qnabri və Robert Levandovski (hər ikisi “Bavariya”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.