ÇL-də həftənin futbolçusu bəlli oldu
- 20:00
- 42
İspaniyanın "Atletiko" (Madrid) klubunun argentinalı hücumçusu Xulian Alvares azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin 7-ci turunda "Bayer"lə (Almaniya) görüşdə (2:1) dubl edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Səsvermədə ikinci yeri Lyuk de Yonq (PSV), üçüncü yeri Vinisius Junior (“Real”, Madrid), dördüncü yeri isə Rafinya (“Barselona”) tutub.