ÇL-də həftənin rəmzi yığması açıqlandı
- 16 Avq 2020 23:00
- 709
Futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin rəmzi komandası açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə İspaniyanın “Barselona” klubunu 8:2 hesabıyla məğlub edən Almaniyanın “Bavariya” komandasından 5 futbolçu yer alıb: Robert Levandovski, Tomas Müller, Filip Koutinyo, Serj Qnabri və Yozua Kimmix.
Həmçinin İngiltərənin "Mançester Siti" klubunu 3:1 hesabıyla məğlum edən Fransanın "Olimpik" (Lion) komandasından da 3 futbolçu - Mussa Dembele, Ussem Aya və Antoni Lopeş fərqlənənlər sırasındadır.
Rəmzi komandaya İspaniya "Atletiko"sundan Joao Feliks, İtaliya "Atalanta"sından Robin Qosens və Fransanın PSJ klubundan Markinyos daxil ediliblər.