Çempionlar Liqasında 2023/24 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

"Real"ın yarımmüdafiəçisi Vinisius Junior  mövsümün ən yaxşısı seçilib.

Junior cari mövsümdə Çempionlar Liqasında 10 oyun keçirib, 6 qol vurub və 5 qolun ötürməsini verib. O, “Real”ın heyətində finalda Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Vinisius “Real”a 2018-ci ilin iyulunda 45 milyon avroya “Flamenqo”dan keçib. Braziliyalı futbolçu bu mövsüm 39 oyuna çıxıb, 24 qol vurub və 11 qolun ötürməsini verib.