Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə daha 8 görüş baş tutub. A, B, C və D qruplarındakı son oyunların ardından 1/8 final mərhələsinə son iki vəsiqənin sahibi də müəyyənləşib.

C qrupunda ikinci yer uğrunda 3 komanda mübarizə aparıb. Amma sonda sevinən "Atalanta" olub. Nəticədə, İtaliya klubu tarixində ilk dəfə ÇL-in 1/8 finalında mübarizə aparmaq hüququ qazanıb.

D qrupunda isə ikinci yeri ya “Bayer”, ya da “Atletiko” tutacaqdı. Sonda bu sevinci Madrid təmsilçisi yaşayıb.

Avropa Liqasına yollanan 4 komanda da bu 8 matçdan sonra bilinib. Bunlar "Brügge", "Olimpiakos", Donetsk "Şaxtyor"u və "Bayer"di.

UEFA Çempionlar Liqası
11 dekabr

A qrupu

“Brügge” (Belçika) - “Real” (İspaniya) 1:3
Qol: Vanaken, 55 - Rodriqo, 53. Vinisius, 64. Modriç, 90+1.

PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) 5:0
Qol: İkardi, 32. Sarabia, 35. Neymar, 47. Mbappe, 63. Kavani, 83-pen.

PSJ – 16, Real – 11, Brügge – 3, Qalatasaray – 2.

B qrupu

“Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) 3:1
Qol: Koman, 14. Müller, 45. Koutinyo, 64. - Sessenyon, 20.

“Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) 1:0
Qol: El Arabi, 86-pen.

Bavariya – 18, Tottenhem – 10, Olimpiakos – 4, Srvena Zvezda – 3.

C qrupu

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Mançester Siti” (İngiltərə) 1:4
Qol: Olmo, 10 - Q.Jezus, 34; 50; 54. Foden, 84.

“Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya) 0:3
Qol: Kastan, 66. Paşaliç, 80. Qosens, 90+4.

Mançester Siti – 14, Atalanta – 7, Şaxtyor – 6, Dinamo – 5.

D qrupu

“Bayer” (Almaniya) - “Yuventus” (İtaliya) 0:2
Qol: Ronaldo, 75. İquayn, 90+2.

“Atletiko” (İspaniya) - “Lokomotiv” (Rusiya) 2:0
Qol: J.Feliks, 17-pen. Felipe, 54.

Yuventus – 16, Atletiko – 10, Bayer – 6, Lokomotiv – 3.