![photo](https://www.rekord.az/storage/uploads/5/cl-15.jpg)
ÇL-də yarımfinalın təqvimi bəlli oldu
- 15 Apr 2021 19:20
- 1134
Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) matçı aprelin 27-də Madriddə keçiriləcək. Bu komandalar arasındakı cavab oyunu mayın 4-də, Londonda baş tutacaq.
Yarımfinalın digər matçı - PSJ (Fransa) – “Mançester Siti” qarşılaşması isə aprelin 28-də Parisdə keçiriləcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra – 5 mayda İngiltərədə olacaq.
Yarımfinal qarşılaşmalarının hamısına saat 23:00-da start veriləcək.