ÇL-də yeni mövsümün ilk püşkü atıldı
- 17 İyl 2020 17:40
- 658
Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan 4 ölkənin - Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib.
San Marino çempionu - Şimali İrlandiya çempionu
Kosovo çempionu - Andorra çempionu
Avrokuboklar üçün klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcək. Bu səbəbdən, püşkatmada ölkələrin adları yer alıb.
Qeyd edək ki, ilkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda olacaq. Turnirin qalibi 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.