UEFA Çempionlar Liqasında bu həftənin oyunçusunu adını açıqlayıb.

Rekord.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə "Barselona"dan Rafinya 1-ci olub.

O, səsvermədə "Mançester Siti"dən Fil Foden, "Arsenal"dan Martin Edeqor, "Atletiko"dan Antuan Qrizmanı qabaqlayıb.

Rafinya ÇL-in 1/4 finalında PSJ-yə 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunda 2 qol vurub.