Kamerun koronavirus pandemiyası ilə əlaqədar bu il keçirilməli olan Afrika Çempionlar Liqasının final mərhələsinin oyunlarına ev sahibliyindən imtina edib.

Rekord.az xəbər verir  ki, bu barədə Kamerun Futbol Federasiyasının prezidenti Seydu Mbombo Njoya keçirdiyi mətbuat konfransında məlumat verib.

O, sentyabrda təşkil etməli olduqları turnirə ölkə rəhbərliyi tərəfindən veto qoyulduğunu açıqlayıb.

Xatırladaq ki, Afrika Çempionlar Liqasında 2020-ci il mövsümü may ayında koronavirus pandemiyasına görə dayandırılmışdı. Bu üzdən də Afrika Futbol Konfederasiyası (CAF), turnirin iki yarımfinal və bir final matçının Kamerunda təşkil olunacağını iki həftə öncə açıqlamışdı.