"Bavariya"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının 2019/2020 mövsümünün ən yaxşı bombardiri olub.

Rekord.az xəbər verir ki, polşalı hücumçu 11 matçda 15 qol (2-si penaltidən) vurub.

O, eyni zamanda 6 qolun ötürməsini verib. Erlinq Holand ("Zalsburq"/"Borussiya" (Dortmund) 10 qolla 2-ci, Serj Qnabri ("Bavariya") 9 qolla 3-cü olub.

Qeyd edək ki, Levandovskinin ÇL-də bir mövsümdə ən çox qol vuran Kriştiano Ronaldonun rekordunu təkrarlamağa (17 qol) 2 qolu çatmayıb.

Əlavə edək ki, "Bavariya" ÇL-in finalında PSJ-yə 1:0 hesabı ilə qalib gəlib. Bununla da Levandovski karyerasında ilk dəfə ÇL-in kubokunu qazanıb.