Almaniyanın "Bavariya" və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb. 

Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq. 

4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək. 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ - "Bavariya" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.