İngiltərənin “Mançester Siti” ilə “Çelsi” komandaları arasında keçiriləcək Çempionlar Liqasının final matçının məkanı açıqlanıb.

Rekord.az xəbər verir ki, qarşılaşma Portuqaliyada keçiriləcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Mayın 29-da, “Mançester Siti” ilə “Çelsi” arasında keçiriləcək final matçı Portu şəhərindəki “Draqao” stadionunda olacaq.

Final matçına hər klub üçün 6000 bilet veriləcək. Ümumilikdə, həlledici oyunda 12 min azarkeş iştirak edəcək.

Çempionlar Liqasının final matçının daha əvvəl Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılırdı. Bu ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən oyuna ev sahibliyi Portuqaliyaya verilib.