
ÇL: “Liverpul” PSJ-yə, “Bayern” “Bayer”ə qalib gəldi
- 02:03
- 49
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün daha 4 qarşılaşma baş tutub.
Rekord.az xəbər verir ki, “İnter” səfərdə “Feyenoord”la qarşılaşıb və inamlı qələbəyə sevinib.
“Liverpul” PSJ-nin, “Barselona” isə “Benfika”nın qonağı olub. Hər iki oyunda qonaqlar tək qolla vacib qələbə qazanıblar.
“Bayern” isə evdə “Bayer”ə 3 cavabsız qolla qalib gəlib.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
5 mart
“Feyenoord” (Niderland) - "İnter" (İtaliya) 0:2
Qollar: M.Türam, 38. L.Martines, 50.
PSJ (Fransa) - “Liverpul” (İngiltərə) 0:1
Qol: Elliot, 87.
“Bayern” (Almaniya) - “Bayer” (Almaniya) 3:0
Qollar: H.Keyn, 9; 75-pen. C.Musiala, 54.
“Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya) 0:1
Qol: Rafinya, 61.