ÇL: London və Madriddə məhsuldar heç-heçələr
- 10 Apr 2024 00:59
- 221
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə iki oyun baş tutub.
Hər iki görüşdə məhsuldar bərabərlik qeydə alınıb. Azarkeşlər bu matçlarda ümumilikdə 10 qol izləyiblər.
Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gəliblər. ÇL-in ən titullu komandası ilə son çempionun dueli dramatik alınıb. Altı qolluq matçda qalib müəyyənləşməyib.
Digər qarşılaşma Londonda baş tutub. “Arsenal”la “Bayern”in görüşündə də məhsuldar heç-heçə qeydə alınıb.
Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək. Cavab matçları aprelin 16-17-də təşkil olunacaq.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
9 aprel
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:3
Qollar: R.Dias, 12-öz qapısına. Rodriqo, 14. Valverde, 79 – B.Silva, 2. Foden, 66. Qvardiol, 71.
Baş hakim: Fransua Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.
“Arsenal” (İngiltərə) – “Bayern” (Almaniya) 2:2
Qollar: Saka, 12. Trossard, 76 – Qnabri, 18. H.Keyn, 32-pen.
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.