ÇL: “Mançester Siti” 1/4 finalda “Real”a rəqib oldu
- 15 Mar 2024 15:45
- 280
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində, həmçinin yarımfinal və finalın potensial rəqibləri bəlli olub.
“Arsenal” (İngiltərə) - “Bayern” (Almaniya)
“Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)
“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
PSJ (Fransa) - “Barselona” (İspaniya)
Yarımfinal:
“Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi
“Arsenal” - “Bayern” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi
1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.