UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda baş tutan "Bayern" (Almaniya) - "Benfika" (Portuqaliya) matçı zamanı vəfat edən azarkeş Lüksemburqun qadınlardan ibarət yığmasının keçmiş baş məşqçisi olub.


Rekord.az xəbər verir ki, bu barədə "RTL.lu" məlumat yayıb.


Münhen klubunun azarkeşi olan Romeyn Cin 2006-2012-ci illərdə Lüksemburqun qadınlardan ibarət əsas komandasına rəhbərlik edib.


Oyun zamanı halı pisləşən azarkeş ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılarkən yolda vəfat edib. Noyabrın 6-da keçirilən "Bayern" - "Benfika" matçı Almaniya klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.