Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ ilə qarşılaşacaq “Atalanta” ciddi itki ilə üzləşib.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Yosip İliçiç düşərgədən ayrılaraq, ölkəsi Sloveniyaya gedib.

32 yaşlı futbolçunun çətin zamanlar keçirdiyi, depressiya yaşadığı bildirilir. Onun PSJ ilə oyunda iştirak etməyəcəyi dəqiqləşib. Futbolçunun sevgilisinin xəyanətini öyrəndiyi üçün depressiya yaşadığı iddia olunur.

İliçiç cari mövsümdə iştirak etdiyi 34 oyunda 21 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

“Atalanta” – PSJ oyunu avqustun 12-də keçiriləcək.