ÇL: “Olimpiakos”dan heç-heçə, PSV-dən darmadağın
- 04 Avq 2021 01:00
- 582
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
“Neftçi”ni mübarizədən kənarlaşdıran “Olimpiakos” Yunanıstanda Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib. Bu oyunda heç-heçə qeydə alınıb.
Türkiyə “Qalatasaray”ından güclü olan PSV isə Niderlandda Danimarkanın “Midtyulland” komandasını sınağa çəkib. Niderland nəhəngi bu oyundan da böyük hesabla qalib ayrılıb.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust
Malmö (İsveç) – Reyncers (Şotlandiya) 2:1
Sparta (Praqa, Çexiya) – Monako (Fransa) 0:2
ÇFR Kluj (Rumıniya) – Yanq Boyz (İsveçrə) 1:1
Genk (Belçika) – Şaxtyor (Donetsk, Ukrayna) 1:2
PSV (Niderland) – Midtyulland (Danimarka) 3:0
Srvena Zvezda (Serbiya) – Şerif (Moldova) 1:1
Olimpiakos (Yunanıstan) – Ludoqorets (Bolqarıstan) 1:1