Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilməli olan “Midtyulland” (Danimarka) - "Liverpul" (İngiltərə) oyunu baş tutmaya bilər.

Rekord.az xəbər verir ki, buna Danimarkada koronavirusun yeni növünün aşkarlanması səbəb göstərilir.

Mersisaydlılar sözügedən ölkədən qayıtdıqdan sonra 2 həftə karantində qalmalıdırlar. Bu isə komandanın planlarına uyğun gəlmir.

Qeyd edək ki, qarşılaşma dekabrın 9-da keçirilməlidir. Komandalar arasında ilk oyunda "Liverpul" 2:0 hesablı qələbə qazanıb.