“Portu”nun müdafiəçisi Pepe Çempionlar Liqasında rekorda imza atıb.

Rekord.az xəbər verir ki, o, bunu ötən gecə turnirin qrup mərhələsinin 4-cü turunda “Antverpen”lə matçda fərqlənməklə bacarıb.

Bununla da, Pepe Çempionlar Liqasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu olub – 40 yaş 254 gün.

“Portu” “Antverpen”ə 2:0 hesabı ilə qalib gəlib.