![photo](https://www.rekord.az/storage/uploads/4/cl-4.jpg)
ÇL: “Qalatasaray” heç-heçə ilə başladı
- 26 İyl 2023 01:53
- 312
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Relkord.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Türkiyə çempionu "Qalatasaray" "Jalgiris"in (Litva) qonağı olub. İstanbul təmsilçisi 4 qolluq matçdan heç-heçə ilə ayrılıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su isə evdə Qazaxıstan "Astana"sı ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Emreli 80-ci dəqiqədə meydana daxil olub.
Azərbaycan təmsilçisi "Qarabağ"ın oyunu və digər 4 qarşılaşma sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
25 iyul
HJK (Finlandiya) - Molde (Norveç) 1:0
Jalgiris (Litva) - Qalatasaray (Türkiyə) 2:2
Dinamo (Zaqreb, Xorvatiya) - Astana (Qazaxıstan) 4:0
Dnepr-1 (Ukrayna) - Panatinaikos (Yunanıstan) 1:3
Servett (İsveçrə) - Genk (Belçika) 1:1
Zrinski (Bosniya və Herseqovina) - Slovan (Slovakiya) 0:1
Breydablik (İslandiya) - Kopenhagen (Danimarka) 0:2