Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ağdam klubu püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Artıq Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı azalıb. Rəqiblər "Yagelloniya" (Polşa) və 3 cütlükdən ibarətdir.

"Qarabağ"ın potensial rəqibləri
"Yagelloniya" (Polşa)
“Flora” (Estoniya) – “Çelye” (Sloveniya) cütünün qalibi
“Virtus” (San-Marino) – “Styaua” (RUmıniya) cütünün qalibi
“Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.