![photo](https://www.rekord.az/storage/uploads/5/qarabag-cl-4.jpg)
ÇL: "Qarabağ"ın növbəti raunddakı potensial rəqibləri bəlli oldu
- 24 İyl 2023 14:30
- 304
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam klubu ilk matçını evdə keçirəcək.
3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda baş tutacaq.
“Rakuv” (Polşa) / “Qarabağ” (Azərbaycan) cütünün qalibi - “Aris” (Kipr) / BATE (Belarus) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) / “Slovan” (Slovakiya) cütünün qalibi - “Şerif” (Moldova) / “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi
AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) / “Olimpiya” (Sloveniya) cütünün qalibi - “Jalgiris” (Litva) / “Qalatasaray” (Türkiyə) cütünün qalibi
“Breydablik” (İslandiya) / “Kopenhagen” (Danimarka) cütünün qalibi - “Sparta” (Praqa, Çexiya)
“Klaksvik” (Farer adaları) / “Haken” (İsveç) cütünün qalibi - HJK (Finlandiya) / “Molde” (Norveç) cütünün qalibi
Liqa yolu
“Braqa” (Portuqaliya) - TSÇ (Serbiya)
“Reyncers” (Şotlandiya) - “Servett” (İsveçrə) / “Genk” (Belçika) cütünün qalibi
“Dnepr-1” (Ukrayna) / “Panatinaikos” (Yunanıstan) cütünün qalibi - “Marsel” (Fransa)
PSV (Niderland) - “Şturm” (Avstriya)