![photo](https://www.rekord.az/storage/uploads/5/cceae23f-dba0-3f86-9870-65bbd6aadc7b-850.jpg)
ÇL: “Qarabağ”ın oyunu 6-cı oldu
- 27 İyl 2023 11:30
- 314
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Rekord.az xəbər verir ki, 12 qarşılaşmada ümumilikdə 73 278 tamaşaçı olub.
“Qarabağ”ın Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzduğu görüş bu göstəriciyə görə 6-cı pillədə qərarlaşıb. Matçda 5451 tərəfdar qeydə alınıb.
Ən çox azarkeş isə “Servette” (İsveçrə) – “Genk” (Belçika) oyununda olub. Qarşılaşmanı 18026 nəfər izləyib.