![photo](https://www.rekord.az/storage/uploads/4/cl-5.jpg)
ÇL: “Qarabağ”ın potensial rəqiblərinin duelində “Rakuv” sevindi
- 12 İyl 2023 00:46
- 373
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 10 görüş keçirilib.
Azərbaycan çempionu "Qarabağ" Cəbəllütarriqdə "Linkoln"un qonağı olub və əzmkar qələbəyə sevinib.
"Qarabağ"ın ÇL-in 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri də 1-ci raundda ilk oyunlarını keçiriblər. Polşada "Rakuv" və Estoniya "Flora"sı arasında baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. Polşa və Estoniya çempionlarının cavab görüşü iyulun 18-də Tallində gerçəkləşəcək.
Bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
11 iyul
“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) 0:1
“Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) 1:2
“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) 0:0
“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) 2:1
“Rakuv” (Polşa) - “Flora” (Estoniya) 1:0
“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) 0:4
“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) 2:0
“Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya) 0:1
“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) 0:0
“Partizani” (Albaniya) - BATE (Belarus) 1:1