
ÇL: "Qarabağ"ın səfər oyununun biletləri satışa çıxarıldı
- 01 İyl 2023 16:40
- 282
Cəbəllüttariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, bu barədə Cəbəllüttariq klubunun rəsmi saytı məlumat yayıb.
Bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir.
İyulun 11-də "Viktoriya" stadionunda baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.