Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə qrup mərhələsinə son 3 vəsiqənin sahibi bəlli olub. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Fransadakı ilk oyunda “Monako”ya 1:0 hesabı ilə qalib gələn Ukraynanın “Şaxtyor” (Donetsk) klubu minimal üstünlüyünü evdə də qorumağa çalışıb. Amma görüşün əsas vaxtı “Monako”nun qələbəsiylə yekunlaşıb. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda məğlubiyyətdən xilas olan Ukrayna təmsilçisi mərhələ adlayan tərəf olub.

Moldova “Şerif”i Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağı olub. Evdəki oyunda 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi cütün taleyini demək olar ki, həll etmişdi. Cavab görüşündə qapılara qol vurulmayıb və “Şerif” qrup mərhələsində oynamaq hüququ əldə edib.

“Bröndbü” Danimarkada Avstriya “Zalsburq”u ilə üz-üzə gəlib. Meydan sahibləri ilk görüşdə 1:2 hesabı ilə uduzmuşdu. Cavab görüşündə də oxşar hesabla qalib gələn Avstriya təmsilçisi mərhələ adlayıb.

Xatırladaq ki, ilk oyun günündə “Yanq Boyz” (İsveçrə), “Benfika” (Portuqaliya) və “Malmö” (İsveç) qrup mərhələsinə vəsiqəni təmin etmişdi.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları

25 avqust

Şaxtyor (Donetsk, Ukrayna) – Monako (Fransa) 2:2
İlk oyun – 1:0

Dinamo (Zaqreb, Xorvatiya) – Şerif (Moldova) 0:0
İlk oyun – 0:3

Bröndbü (Danimarka) – Zalsburq (Avstriya) 1:2
İlk oyun – 1:2