ÇL: “Şerif”in qolkiperi həftənin ən yaxşı oyunçusu seçildi
- 30 Sen 2021 21:51
- 464
Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Rekord.az xəbər verir ki, Moldovanın “Şerif” komandasının qapıçısı Yorqos Atanasiadis qrup mərhələsinin ikinci həftəsinin ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Şerif” qrup mərhələsinin 2-ci turunda İspaniyada “Real”a 2:1 hesabı ilə qalib gəlib. Atanasiadis də bu oyunda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.
Çempionlar Liqasında 2-ci turun ən yaxşı oyunçusu adına Darvin Nunyes (“Benfika”, Portuqaliya), Leroy Sane (“Bavariya”, Almaniya) və Milan Şkrinyar (“İnter”, İtaliya) da namizəd idi.