ÇL tarixinin ən yaxşı qolları açıqlandı VİDEO
- 04 May 2020 14:22
- 626
"France Football" nəşri Çempionlar Liqası tarixində ən yaxşı qolların siyahısnı tərtib edib.
Rekord.az xəbər verir ki, siyahının ilk pilləsində 2001/2002 mövsümündə "Real"da oynayan Zinəddin Zidanın finalda "Bayer"lə matçın (2:1) 45-ci dəqiqədə vurduğu qol qərarlaşıb.
1999/2000 mövsümündə "Fiorentina"nın yarımmüdafiəçisi Mauro Bressanın qrup mərhələsində "Barselona"ya qarşı görüşdəki (3:3) qolu ikinci olub.
Kriştiano Ronaldunun 2017/2018 mövsümündə "Real"ın heyətində 1/4 finalda hazırkı klubu "Yuventus"a vurduğu qol isə üçüncü yerə layiq görülüb.