ÇL tarixinin reytinqi: Azərbaycan klubları neçəncidi?
- 06 İyn 2020 15:21
- 539
UEFA futbol üzrə Çempionlar Liqası tarixinin reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, 1955-2020-ci illəri əhatə edən siyahıda Azərbaycanın 7 klubu yer alıb. Reytinqdə komandaların həm təsnifat, həm də qrup mərhələsindəki iştirakı əsas götürülüb.
Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdu. Turnirdə 36 oyun keçirən “köhlən atlar” 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb.
“Neftçi” 15 xalla 169-cu, “Bakı” 6 xalla 269-cu, “İnter” 5 xalla 294-cü, “Şəmkir” 2 xalla 396-cı, “Kəpəz” 2 xalla 397-ci, “Xəzər Lənkəran” 1 xalla 424-cü pillədə qərarlaşıb.
Siyahıya 600 xalla İspaniya “Real”ı başçılıq edi.
Azərbaycanın bütün komandalarının reytinq sıralaması:
1) 84. "Qarabağ" - 41 xal
2) 169. "Neftçi" - 15 xal
3) 269. "Bakı" - 6 xal
4) 294. "Keşlə" (İnter) - 5 xal
5) 396. "Şəmkir" - 2 xal
6) 397. "Kəpəz" - 2 xal
7) 424. "Xəzər Lənkəran" - 1 xal