ÇL: “Zirə” ikinci oyununda da uduzdu
- 07 Sen 2023 19:41
- 566
Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci qarşılaşmada Bolqarıstan "Terra Trak"ı ilə qarşılaşıb və bu dəfə 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, "Zirə" ilk matçında Ukraynanın "Andezit" kollektivinə yenilmişdi - 0:1.