“Düdelanj”ın futbolçusu Conatan Juber Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Qarabağ"la qarşılaşacaqları oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

Rekord.az xəbər verir ki, Belçika təmsilçisinin kapitanı jurnalistlərin suallarını cavablandırıb:

- Arada olan saat fərqi sizin oyununuza təsir edəcəkmi?
- Düşünmürəm ki, bizin oyunumuza təsiri olsun. Bunu nəzərə alıb, 1 gün əvvəl tez gəldik. Yuxuyla bağlı problemimiz olsa da, sabah bunun öhdəsindən gələcəyik. (komanda.az)