Coşqun “qırmızı” aldı, komandası qalib gəldi
- 08 Dek 2024 03:30
- 162
Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, o, "Bandırmaspor"un "İğdır"la səfər görüşünün iştirakçısı olub.
15-ci tur çərçivəsində keçirilən qarşılaşma Bandırma təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.
31 xalı olan "Bandırmaspor" lider "Kocaelispor"dan 1 xal geri qalıb.