COVİD pasportu olmayanlar Premyer Liqa və I Divizionda çıxış etməyəcək?
- 04 İyl 2021 12:10
- 1035
“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq idman-sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet pasportu tələbi nəzərdə tutulur”.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Bu tələb iyul ayının 1-dən etibarən tətbiq olunmağa başlanıb.
Rekord.az-ın məlumatına görə, AFFA və Peşəkar Futbol Liqası (PFL) bununla bağlı yeni tədbirlər planı üzərində işləməyə başlayıb.
Buna əsasən, Premyer və I Divizionda çıxış edəcək komandaların üzvləri vaksinasiyadan keçməli olacaq.
Bura klub rəsmiləri, məşqçi və futbolçular, o cümlədən, texniki işçilər daxildir.
COVİD pasportu almayanların adları iştirak ərizəsinə daxil edilməyəcək. Vaksinasiya federasiya ilə əməkdaşlıq edən xəstəxanalarda aparılacaq.