
“Çox çətin dövrdən keçirik” - Halil Atlı
- 18:00
- 52
“Gəncə”nin baş məşqçisi Halil Atlı “Ordu” ilə oyundan sonra fikirlərini klubun mətbuat xidmətinə bildirib.
Rekord.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının 18-ci turunu 84:74 hesablı qələbə ilə başa vurmuş gəncəlilərin çalışdırıcısı bunları söyləyib:
"Komandamı qələbə münasibətilə təbrik edirəm. Rotasiyadan istifadə edərək oynamağa çalışdıq. Çox çətin dövrdən keçirik. Ardıcıl oyunlara çıxırıq. Yaxın günlərdə bizim üçün vacib olan daha bir matç olacaq. "Ordu" kollektivi oyunçuları ilə təhlükəli rəqibdir. Bu gün oyuna biz yaxşı başladıq. Basketbolçulara öncədən verdiyimiz tapşırıqları meydanda yaxşı yerinə yetirdik. Görüşün irəliləyən bölümündə rəqib də qarşılıq verdi. Amma biz oyunun qırılma nöqtəsinə gəlməsinin qarşısını ala bildik. Meydançada lazım olan işləri gördük. Nəticədə də qalib gəldik. Azarkeşlərimizə minnətdarlığımı çatdırıram. Bizi yenə dəstəksiz qoymadılar. Onların dəstəyi bizim üçün çox önəmlidir. İnşallah, ən yaxşı şəkildə çempionatı başa vuracağıq".