![photo](https://rekord.az/uploads/5/64984bd3-c419-32a5-b24c-108ecb966546-850-600x300.jpg)
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan keçirəcək
- 2024-07-04 15:00
- 82
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Rekord.az xəbər verir ki, imtahanda 7 yaşdan yuxarı, cüdo ilə məşğul olan hər bir idmançı iştirak edə blər.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahan iyulun 9-da cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində keçiriləcək.