Cüdo Federasiyasının prezidenti yığmanın məşqini izlədi
- 13 Mar 2022 23:50
- 546
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Ağstafa şəhərində region məşqçiləri və idmançıları ilə görüşüb.
Rekord.az xəbər verir ki, görüş zamanı regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar verilib.
Regionlarda, o cümlədən Ağstafa və ətraf rayonlarda cüdonun daha da kütləviləşdirilməsi yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə milli yığmaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Rəşad Nəbiyev Göygöl Olimpiya Kompleksində kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi ilə təşkil olunmuş ilk təlim-məşq toplanışı çərçivəsində kişilərdən və gənclərdən ibarət milli yığma komandaların məşqini də izləyib.