Cüdo millimiz İsraildə fiaskoya uğradı
- 26 Yan 2020 14:00
- 899
İsrailin paytaxtı Təl-Əvivdə start götürən Qran-Pri turnirində daha 3 cüdoçumuz mübarizəyə qoşuub.
Rekord.az xəbər verir ki, lakin nə Rüfət İsmayılov (90 kq), nə Aslan Mirzəyev (100 kq) nə də Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) ümidləri doğruldub.
Hər üç idmançımız mübarizəni erkən başa vuraraq medalsız qalıb. Qeyd edək ki, cüdoçularımız geridə qalan iki gündə də medal qazana bilməyiblər. Beləliklə, 90-a yaxın ölkədən 500-dən çox cüdoçunun iştirak etdiyi Qran-Pri Azərbaycan idmançılarının fiaskosu ilə yekunlaşıb.
Maraq üçün deyək ki, bundan əvvəlki analoji yarışda qadınlardan İrina Kindzerska (78 kq-dan yuxarı) qızıl, kişilərdən Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medala yiyələnmişdi.