Cüdoçu qızlardan Tallində böyük uğur!
- 2024-09-05 19:11
- 252
Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan yığmasının üzvləri iki qızıl, bir gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, qızlar arasında -48 kq. çəkidə Könül Əliyeva və -57 kq. çəkidə Fidan Əlizadə Avropa çempionu titulunu əldə ediblər.
Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov isə gümüş mükafat əldə edib.
Könül Əliyeva və Fidan Əlizadənin nailiyyəti 25 ildən sonra azərbaycanlı qız cüdoçuların gənclərin Avropa çempionatında ilk qızıl medalı olub. Ümumilikdə isə qızlardan ibarət milli yığma bunadək ilk və son dəfə məhz 1999-cu ildə 2 qızıl medal əldə edə bilib.
İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci yerdə qərarlaşıb.