Cüdoçularımız Antalyada təlim-məşq toplanışında iştirak edirlər
- 06 Apr 2023 15:45
- 367
Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Rekord.az xəbər verir ki, hazırlıq prosesinə İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrin ümumilikdə 200-dən çox cüdoçusu qatılıb.
Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət millisinin 23, gənclərdən ibarət komandasının isə 14 üzvü yer alır.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçisi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər.
Aprelin 8-dək davam edəcək toplanış 7-13 may tarixlərində Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına, həmçinin, sentyabr və oktyabrda keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.