Cüdoçularımız DÇ-də mübarizəni dayandırdılar
- 22 May 2024 16:00
- 276
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəni dayandırıblar.
Rekord.az xəbər verir ki, bu gün Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) 1/16 finalda məğlub olublar.
Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.