Cüdoçularımız Poreç Olimpiya təlim-məşq toplanışında
- 14 İyn 2024 21:43
- 335
Azərbaycanın cüdo üzrə milli komandansının üzvləri 10 iyundan etibarən Xorvatiyanın Poreç şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Rekord.az xəbər verir ki, təlim-məşq toplanışında qadınlardan, böyüklərdən və gənclərdən ibarət yığmanın 40 idmançısı iştirak edir.
Təlim-məşq toplanışı Paris 2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.